16 yaşlı kollec tələbəsi yataqxanada intihara cəhd edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Moskva şəhərində yerləşən KMPO kollecində baş verib. Tələbə qız özünə altı bıçaq zərbəsi vuraraq huşunu itirib. O, 5-ci mərtəbədəki otağında boyun nahiyəsindən iki, döş qəfəsindən dörd yara ilə tapılıb.
Təcili tibbi yardımın xilasediciləri onu xəstəxanaya çatdırıblar və məlum olub ki, o, aldığı xəsarətlərdən əlavə dərmanlardan da zəhərlənib.
Tələbənin yaxınlarının dediyinə görə, qız son vaxtlar dərslərində və valideynləri ilə münasibətlərində problemlər ucbatından intihara meyilli olub.