IMG-LOGO

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu

17 Nov 2023 15:37 187 baxış
IMG

“Səyyar qəbul otağı”nın bu həftəlik sonuncu ünvanı Ağdaş rayonu olub.

SOCAR "Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, mikrofon önünə cəmi 3 sakin çıxsa da, müraciətlər 20-yə yaxın vətəndaşın adından ünvanlanıb. Qaradağlı kəndindən qatılan  İsmayıl Məmmədov yeni qazlaşdırılan küçə xəttinə təbii qazın verilməsini xahiş edib.

Digər 2 nəfər isə Yeniarx kəndinin qaz təchizatı ilə bağlı üzləşdiyi problem və təklifləri səsləndirib. Pərviz Rzayev adıçəkilən kənddə 14 ailənin yaşadığı küçəyə qaz xəttinin çəkilməsini, Nəriman Əhmədov isə qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

Mənbə: lent.az

Xəbər lenti