IMG-LOGO

Azərbaycanlı biznesmenə SİLAHLI HÜCUM: başından güllələndi

21.12.2023 17:37 88 baxış
IMG

ABŞ-da azərbaycanlı biznesmen güllələnərək öldürülüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. 

Azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində silahlı hücuma məruz qalıb. 

Biznesmen başından güllələnərək qətlə yetirilib. 

Kənan Əliyevin nəşi Azərbaycana gətirilərək Bakıda dəfn edilib. 

Qeyd edək ki, K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-da faciəli şəkildə ölmüşdü. 

Belə ki, ABŞ-a oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub. 

Xəbər lenti