IMG-LOGO

Yasamalda binada yanğında bağlı qapı təxliyə üçün olmayıb - FHN

24.11.2025 00:01 4 baxış
IMG

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.

Lent.az xəbər verir ki, FHN-in Dövlət Yanğın nəzarəti xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı “Real TV”yə danışıb:

“Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşdırır”.

Xəbər lenti