Meta şirkəti sosial şəbəkələrin psixi sağlamlığa mənfi təsiri ilə bağlı əldə etdiyi nəticələri gizlədib. APA xəbər verir ki, bu barədə Reuters yazıb.
Məlumata görə, şirkət hələ 2020-ci ildə Facebook və Instagram-ın istifadəçilərin psixoloji vəziyyətinə təsirini araşdırıb və sosial şəbəkələrin zərərli olduğuna dair sübutlar tapıb.
Araşdırmanın nəticələri göstərib ki, Facebook-dan bir həftə uzaq qalmaq insanlarda:
depressiya hissini,
narahatlığı,
təkliyə qapılmanı
və sosial müqayisə ehtiyacını
əldə nəzərəçarpacaq dərəcədə azaldır.
Lakin Meta bu nəticələri heç vaxt ictimaiyyətə açıqlamayıb.
Şirkətin bir əməkdaşı vəziyyəti belə təsvir edib: “Bu, sanki tütün şirkətlərinin siqaretin zərərli olduğunu bilməsinə baxmayaraq bunu gizlətməsi kimidir.”