IMG-LOGO

Sumqayıtda ağır qəza nəticəsində bir nəfər öldü

21.11.2025 04:41 11 baxış
IMG

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı “Mercedes” markalı minik avtomobili vurub.

Zərbənin təsirindən piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti