IMG-LOGO

Böyük qardaşını benzin töküb yandırdı

21.12.2023 12:54 74 baxış
IMG

Penza vilayət məhkəməsi böyük qardaşını yandıran 40 yaşlı kişini 12 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hakim kişini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “e” və “e” bəndləri ilə təqsirli bilib.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs 2022-ci il noyabrın 27-də Çemodanovka kəndində evdə böyük qardaşı ilə spirtli içki qəbul edib. Bu zaman onlar arasında münaqişə yaranıb. Müttəhim qaraja gedərək motosikletin yanacaq çənindən benzini butulkaya doldurub və qardaşının üzərinə töküb. Daha sonra kibritlə onu yandırıb. Kişini xilas etmək mümkün olmayıb.

Xəbər lenti