Amur vilayətində 54 yaşlı qadın ərini öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, sentyabrın 29-da İvanovka kəndinin Pervomayskaya küçəsində ər-arvad spirtli içki (araq) qəbul edib. Onlar spirtli içki üstündə mübahisə etməyə başlayıblar, münaqişə zamanı qadın bıçağı götürərək ərini sinəsindən bıçaqlayıb. Onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə iş açılıb.