Səkkiz dəfə “Qızıl Top” mükafatını qazanan dünya çempionu Lionel Messi yeniyetmə komandalar üçün "Messi Kuboku”nu yaradıb.
Lent.az xəbər verir ki, bu barədə o, Instagram səhifəsində məlumat verib.
Turnir ABŞ-ın Florida ştatının Mayami şəhərində 9–14 dekabr tarixlərində keçiriləcək. Futbolçunun bildirdiyinə görə, turnirdə Argentinanın “River Plate” və “Newell’s Old Boys”, Amerikanın “Inter Miami”, İspaniyanın “Barcelona” və “Atletiko”, İngiltərənin “Chelsea” və “Manchester City”, o cümlədən İtaliyanın “Inter” klubu iştirak edəcək.