IMG-LOGO

Bərdədə sistem köçürülən 6 yaşlı uşaq öldü

23 Sep 2025 00:52 193 baxış
IMG

Bərdədə altı yaşlı uşaq sistem köçürüldükdən sonra ölüb.

Lent.az xəbər verir ki, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızı ona ev şəraitində sistem köçürüldükdən sonra qəfil halı pisləşib.

Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb və araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti