IMG-LOGO

Zaqatalada yanğın - Fərdi yaşayış evi yandı

13.09.2025 23:48 116 baxış
IMG

Zaqatalada 3 otaqlı fərdi yaşayış evində yanğın olub.

Lent.az xəbər verir ki, axşam saat 22 radələrində rayonun Mazıx kəndində, kənd sakini  Mollahəsənov Mollahəsən Mamed oğluna məxsus, ümumi sahəsi 75kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.

Yanğın nəticəsində evin bir otağında olan ev əşyaları və tavanı 7 kv/m-lik sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti