IMG-LOGO

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

26.02.2025 23:45 27 baxış
IMG
 

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib. 

Lent.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 saylı məktəbdə baş verib.

Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Fearalın 25-də  55 yaşı tamam olan müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Xəbər lenti