IMG-LOGO

Fransa milli komandasından dünya çempionatında şəxsi antirekord

15 Jul 2026 15:32 3 baxış
IMG
0 0

Fransa milli komandası Dünya çempionatında şəxsi rekordunu qırıb.

İyulun 14 -də Fransa millisi Dünya çempionatının yarımfinalında İspaniyaya 2:0 hesabı ilə məğlub olub. Fransa komandası tarixinin ən pis oyunlarından birini keçirib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa oyun ərzində qapıya səkkiz zərbə endirib ki, bunlardan yalnız ikisi qapıya tərəf gedib.

Fransızların gözlənilən qol ortalaması (xG) cəmi 0,3 olub ki, bu da 1966-cı ildə statistika aparılmağa başlandığı vaxtdan bəri Dünya çempionatı oyununda komanda üçün ən aşağı göstəricidir.

İspaniyaya məğlubiyyətdən sonra Fransanın Dünya çempionatında çıxışı hələ də davam edir. Didye Deşamın komandası İngiltərə və Argentina arasında ikinci yarımfinalda uduzan komanda ilə üçüncü yer uğrunda oyunda qarşılaşacaq.

Daha əvvəl bildirilib ki, Deşam milli komandanın məşqçiliyi ilə keçirilən oyunların sayına görə tarixi Dünya çempionatı rekordunu qırıb.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti