IMG-LOGO

Türkiyə derbisində qalib müəyyənləşmədi

24.02.2025 23:04 100 baxış
IMG

Bu gün Türkiyə Super Liqasında XXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Qalatasaray” azarkeşləri önündə əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. 

Matçın ilk yarısında "sarı-lacivərdlilər" fərqlənsə də, baş hakim qolu qeydə almayıb. 

İkinci hissədə də tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.

“Qalatasaray” 25 turdan sonra 64 xalla liderdir. “Fənərbaxça” isə 58 xalla ikincidir.

Xəbər lenti