IMG-LOGO

Bakıda QƏZA: Motosikletçi ağır xəsarət aldı

05.02.2025 00:48 4 baxış
IMG

Bakının Sabunçu rayonunda motosiklet minik avtomobili ilə toqquşub.

Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Yol ayrıcını keçən motosikleti “Hyundai” markalı minik maşını vurub.

Nəticədə motosikletin sürücüsü Nihad Hüseynov ağır xəsarət alıb.

Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti