IMG-LOGO

ABŞ-də daha bir təyyarə qəzaya uğradı

01.02.2025 03:37 7 baxış
IMG

Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.

“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, - telekanal qeyd edib.

Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.

 

Xəbər lenti