Salyanda minik maşınının kanala aşması nəticəsində ölən 4 nəfərin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Dayıkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsmayılova Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.
Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.
*** 23:41
Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.
Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.