IMG-LOGO

Xaçmazda qeyri-adi HADİSƏ: Elçilərinə "yox" dedilər, qızı və anasını maşınla vurdu

27.01.2025 00:01 104 baxış
IMG

Xaçmaz rayonunda ana və qızını avtomobil vurub.

Lent.az xəbər verir ki, 24 yaşlı A.Kərimova və onun anası 54 yaşlı T. Əskərovanı tanıdıqları şəxs avtomobillə vurub.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilir. 

Yaralanan şəxslər xəstəxanada bildiriblər ki, hadisə elçilik səbəbilə baş verib. Bir müddət öncə Araz adlı şəxs onlara elçi göndərib.

Elçilikdə müsbət cavab almayan həmin şəxs işdən evə gedən ana və qızını avtomobillə vurub. 

Hazırda fakt araşdırılır.

Xəbər lenti