IMG-LOGO

1,3 milyon dollara satılan balıq

05.01.2025 04:05 8 baxış
IMG

Tokioda ilin ilk auksionunda çəkisi 276 kq olan mavi ton balığı 1,3 milyon dollara satılıb.

Lent.az xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat verib.

Ötən illərdə olduğu kimi, bazar günü satılan ton balığı Aomori prefekturasının şimalında tutulub.

Restoran sənayesinin nümayəndələri arasında ilin ilk auksionunda əsas lotun alınmasının biznesin uğurlu olacağına dair inam var.

Bundan əlavə, restoranlar ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb edir.

Əvvəllər hərraclar məşhur Tsukidzi bazarında aparılıb. Bu bazar ləğv edildikdən sonra Toyosu bazarı hərracın keçirildiyi məkan olub.

Xəbər lenti