IMG-LOGO

Mask dostu Trampın malikanəsindəki kotteclərdən birində yaşayır

31 Dec 2024 03:57 326 baxış
IMG

2024-cü ilin noyabr ayından etibarən İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) malikanəsində kirayə verilən kotteclərdən birində daimi yaşamağa başlayıb.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın ən yaxın adamlarından biri olan Mask, Respublikaçının prezident seçkilərində qələbəsindən dərhal sonra siyasətçinin iqamətgahından bir neçə yüz fut aralıda yaşamağa başlayıb.

Bu addım Maska Trampla şəxsən asanlıqla ünsiyyət qurmağa, o cümlədən ABŞ-nin seçilmiş prezidenti ilə şam yeməyinə qatılmağa imkan verir.

Xəbər lenti