IMG-LOGO

Əsədin 13 əsgəri Suriyadan qaçarkən tutuldu

30.12.2024 04:17 16 baxış
IMG

Əvvəlki hökümət dövründə hökumət ordusunda xidmət edən 13 nəfər suriyalı zabit və əsgərdən ibarət qrup Livanla sərhəddə ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyərkən saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qaçan suriyalı hərbçilər Akkar sərhəd rayonunun Muşmiş kəndi yaxınlığında sərhədi keçən maşında yerli sakinlər tərəfindən aşkar edilib.

Qanunu pozanlar Livan sərhəd orqanlarına təhvil verilib.

Xəbər lenti