İsrailin Qəzza zolağında bir neçə şəhərə endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, 6 nəfər Fələstin anklavının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərində evin bombalanmasının qurbanı olub. Xan Yunis mərkəzinin atəşə tutulması nəticəsində cənubda daha iki nəfər həlak olub.