Rusiyanın Yakutsk şəhərinin Vilyuiski küçəsində binanın birinci mərtəbəsində yerli vaxtla 02:00 radələrində yanğın baş verib.
Lent.az “BAZA”ya istinadən xəbər verir ki, yanğın və tüstü sürətlə bütün binaya yayılaraq beş nəfərin ölümünə, yeddi nəfərin yaralanmasına səbəb olub.
Yanğın 3 saatdan sonra söndürülüb.
Hazırda ölən və yaralananların kimliyi, həmçinin yanğının baş vermə səbəbləri açıqlanmır.
Bununla belə, yerli sakinlərin sosial şəbəkələrdəki mesajlarına əsasən sözügedən binada müvəqqəti toplama məntəqəsi, eləcə də hərbi komendantlıq var.