Arxangelsk bölgəsində dostunun ad gününə gedən şəxs bıçaqlanıb.
Lent.az Rusiya mediasına istiadla bildirir ki, hadisə Koryazma şəhərində baş verib. İstintaqın məlumatına görə, zərərçəkmiş ad günü olan tanışının evinə gedib. Məclis zamanı onların arasında şifahi münaqişə yaranıb və bu münaqişə ümumi dəhlizdə dava ilə nəticələnib.
Nəticədə zərərçəkmiş çənə və baldır nahiyəsindən ən azı dörd bıçaq zərbəsi alıb.
Doğum günü olan oğlanın dediyinə görə, dava qonağın davranışı səbəbindən başlayıb.
Həmin şəxsə qarşı cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır.