“Tetris” oyununun 40 illiyi İngiltərənin paytaxtı Londonda nəhəng ekranda oynanılaraq qeyd edilib.
Lent.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda “Tetris” oyununun 40-cı ildönümü münasibətilə nəhəng LED monitorların quraşdırılması ilə xüsusi tədbir keçirilib.
Tədbirdə iştirakçılar telefonları vasitəsilə böyük ekranda əks olunan “Tetris” oyununu oynamaq imkanı əldə ediblər.
1984-cü ildə Moskvada Aleksey Pajitnov adlı proqramçı tərəfindən hazırlanmış “Tetris” tez bir zamanda bütün dünyaya yayılıb.
Hazırda Pajitnov ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayır.