“Gürcü arzusu” 55,3% səslə seçkilərdə qalib gəlib.
Lent.az xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki məntəqələrinin 54%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” 55,327%, “Dəyişiklik Koalisiyası” 10,529%, “Birlik – Milli Hərəkat” partiyası 9,755%, “Güclü Gürcüstan” 8,527%, “Gürcüstan üçün Qaxariya” 7,45% səs toplayıb.