İsrail Ordusunun Livana endirdiyi zərbələr nəticəsində son sutkada 51 nəfər ölüb, 174 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan İsrailin bombardmanları və artilleriya hücumları qurbanları haqqında məlumatlar yenilənib.
Hava hücumları və artilleriya atəşləri nəticəsində ölənlərin sayı 2306-ya çatıb, 10,6 min nəfər yaralanıb.