IMG-LOGO

İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma

07.10.2024 01:15 49 baxış
IMG

Uels Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, soyuq mövsümün gəlişi ilə insanlar romantik partnyor axtarışlarını gücləndirirlər.

Lent.az xəbər verir ki, çox vaxt bunu kişilər edir. Ancaq bu şəkildə qurulan münasibətlər uzun sürməyə bilər.

“The Conversation”da portalında dərc edilən araşdırmaya görə mütəxəssislərin qənaətləri tanışlıq xidmətləri istifadəçilərinin aktivliyi ilə bağlı məlumatlara əsaslanır və aparılan araşdırma göstərir ki, hər ilin oktyabr və noyabr aylarında yeni profillərin qeydiyyatı artır.

Bundan əlavə, polşalı tədqiqatçıların əvvəlki araşdırmaları kişilərin qadın cəlbediciliyi ilə bağlı mühakimələrinin mövsümdən asılı olaraq dəyişdiyini göstərib. 114 iştirakçı arasında aparılan sorğuda qadınların qış aylarında kişilər üçün ən çox cəlbedici olduğu müəyyən edilib.

Alimlərin fikrincə, bu davranış qismən kişi orqanizmində testosteron səviyyəsinin dəyişməsi ilə izah olunur. Ümumiyyətlə isti, günəşli havalarda azalır və soyuq, qaranlıq aylarda isə yüksəlir.

Alimlər qeyd edirlər ki, qış romantikası kövrək ola bilər və məyusluğa səbəb ola bilər. Buna görə də onların iştirakçıları bir-birləri ilə dürüst olmalıdırlar.

Xəbər lenti