IMG-LOGO

Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?

01.10.2024 04:28 26 baxış
IMG

Ağ və ya qəhvəyi yumurta mətbəximizdə tez-tez istifadə etdiyimiz qida maddəsidir. Bəs, yumurtaların müxtəlif rənglərdə olması sağlamlıq üçün vacibdirmi?

Lent.az xəbər verir ki, qəhvəyi və ağ yumurtalar qida dəyəri baxımından çox oxşardır. Hər iki növ yumurta eyni miqdarda protein, yağ və vitamin tərkibinə malikdir.

Deməli, yumurtanın rəngi nə qida dəyəri, nə də sağlamlığa faydası baxımından fərq yaratmır.

Yumurtanın rəngi toyuğun cinsindən asılıdır. Ağ tüklü toyuqlar ümumiyyətlə ağ yumurta verir, qəhvəyi toyuqlar isə ümumiyyətlə qəhvəyi yumurta verir.

Qəhvəyi yumurtaların qabığı çox vaxt ağ yumurtaların qabığından bir qədər qalın və sərt ola bilər, lakin bu, keyfiyyət və qida dəyəri baxımından fərq yaratmır.

Yumurtaların dadı çox vaxt toyuğun qida rasionundan və həyat tərzindən asılıdır. Qəhvəyi yumurta bəzən ağ yumurtadan daha bahalı olur. Bu isə bir çox insanın qəhvəyi yumurtaların daha sağlam və ya daha keyfiyyətli olduğuna inanmasına səbəb olur.

Təbii ki, kənd yumurtalarının çox vaxt tünd rəngdə olması da bu məsələdə mühüm rol oynayır.

Xəbər lenti