IMG-LOGO

Ağ Ev: Pekin öz nüvə silahlarını inkişaf etdirir

25.09.2024 08:05 3 baxış
IMG

“Amerika Birləşmiş Ştatlarının administrasiyası hesab edir ki, Pekin öz nüvə silahlarını inkişaf etdirir”.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Nüvə silahları ilə bağlı vəziyyətə gəlincə, Çinlə Strateji Hücum Silahlarının azaldılması Müqaviləsinə bənzər heç bir razılaşma yoxdur. Hamımız bilirik ki, Çin bu xüsusi silah növlərinin inkişafını maliyyələşdirməyə davam edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden nüvə sahəsində bu ən mühüm ikitərəfli münasibətləri idarə etməyə çalışır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti