Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, ticari, enerji, o cümlədən təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mümkün olacaq potensial əməkdaşlıq sahələri, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim Telegram kanalımıza abunə olun