IMG-LOGO

İsrail “Hizbullah”ın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib

24.09.2024 21:14 2 baxış
IMG

İsrail ordusu Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Hazırda İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Livandakı terror qruplaşmasının hədəflərinə irimiqyaslı zərbələr endirir”, - məlumatda qeyd edilir.

Məlumatda o da deyilir ki, təfərrüatlar daha sonra açıqlanacaq.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun “Hizbullah”a zərbələr endirməyə davam etdirəcəyini bildirmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti