IMG-LOGO

Seneqalda içərisində 30 miqrantın meyitinin olduğu qayıq aşkarlanıb

24.09.2024 05:44 3 baxış
IMG

Seneqalda içərisində 30 miqrantın meyitinin olduğu qayıq aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “Seneqo” informasiya portalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Qayığı Seneqal Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisi Dakar sahillərindən 70 km aralıda aşkar edib.

Hökumət rəsmiləri həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Bundan əlavə, hüquq-mühafizə orqanları Atlantik okeanına çıxmazdan əvvəl gəminin haradan gəldiyini öyrənməli olacaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti