IMG-LOGO

Tacikistan BMT-yə sülhü möhkəmləndirmək üçün yeni qətnamə təklif edib

24.09.2024 03:25 3 baxış
IMG

Tacikistan Prezidenti Emoməli Rəhmon BMT-yə beynəlxalq hərbi münaqişələrə son qoymaq və sülhü möhkəmləndirmək üçün yeni qətnamə təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən "Gələcəyin Sammiti"ndə bildirib.

“Bu gün biz dünyanın müxtəlif yerlərində minlərlə mülki insanın həlak olması ilə nəticələnən münaqişələrin artmasının şahidi oluruq. Bununla əlaqədar BMT-nin “Gələcək nəsillər naminə sülhün möhkəmləndirilməsi onilliyi” adlı xüsusi qətnaməsinin qəbulunu təklif edirəm”, - Tacikistan lideri deyib.

Onun fikrincə, davamlı inkişafa nail olmaq üçün BMT və onun təsisatları, beynəlxalq və regional maliyyə institutları beynəlxalq ictimaiyyətin səylərinin koordinasiya üzrə addımlarını aktivləşdirməlidir.

“Biz, dövlət liderləri dünyada davamlı sülhü təmin etmək və müharibələrin yaratdığı iztirablara və onların dəhşətli nəticələrinə son qoymaq üçün ümumi məqsədlər ətrafında birləşməliyik”, - o deyib.

Rəhmon həmçinin qeyd edib ki, münaqişələrin həllində, planetimizdə sülhün və sabitliyin bərpasında BMT-nin əsas rolunun gücləndirilməsi üçün səmərəli addımlar atmağın vaxtı çatıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti