ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə hərbçilər göndərir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
"Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki qüvvələrimizi gücləndirmək üçün əlavə hərbi kontingent göndəririk”, - Rayder deyib.
Xatırladaq ki, İsrail ordusu ilə “Hizbullah” döyüşçüləri arasında intensiv qarşılıqlı hücumlar davam edir. İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində artıq 325 nəfər həlak olub. “Hizbullah” silahlı qüvvələri hava hücumlarına cavab olaraq İsrail hərbi obyektlərinə və yaşayış məntəqələrinə çoxsaylı raketlər atıb.
Bizim Telegram kanalımıza abunə olun