IMG-LOGO

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4

23.09.2024 22:10 32 baxış
IMG

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib.

"Report" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hazırda ölü sayı 325 nəfər, yaralılar isə 1 200 nəfərdən çoxdur.

18:56

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

“İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.

17:12

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 182 nəfər həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralıların ümumi sayı 727 nəfərə çatıb.

15:58

İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan başqa, yaralıların sayı 400 nəfər olub. Ölən və yaralananlar arasında qadın və uşaqlar da var.

15:31

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 50 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) isə Livanda “Hizbullah”ın bir neçə yüz hədəfini vurduğunu bildirib.

"Bu gün 300-dən çox hədəf vurulub”, - IDF-in “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti