IMG-LOGO

"Arsenal"la matçda topu rəqib futbolçunun başına atan Erlinq Holann cəzalanmayacaq

23.09.2024 20:58 40 baxış
IMG

İngiltərə Premyer Liqasının V turunda "Arsenal"la keçirilən matçda topu rəqib futbolçunun başına atan "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann cəzalanmayacaq.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu sözügedən qarşılaşmanın 90+8-ci dəqiqəsində komanda yoldaşı Con Stounzun fərqlənməsindən sonra topu əlinə alaraq "topçular"ın müdafiəçisi Qabriel Maqalyaesin başına çırpıb.

VAR hakimi Con Bruks həmin epizodda hər hansısa qayda pozuntusunun olmadığını və hadisənin oyun dayandıqdan sonra baş verdiyini bildirib.

Nəticədə həmin hərəkətin aqressiv davranış kimi qiymətləndirilməyib.

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı heç-heçə yekunlaşıb - 2:2.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti