IMG-LOGO

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

23.09.2024 14:13 4 baxış
IMG

Azərbaycanın Minskdəki səfiri Məhərrəm Əliyev Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Tərəflər bu ilin oktyabr-noyabr aylarında ən yüksək səviyyələrdə növbəti ikitərəfli təmaslara hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilib.

Bundan əlavə, görüşdə strateji ticari-iqtisadi razılaşmaların həyata keçirilməsi və regional əlaqələrin inkişafı vurğulanmaqla Belarus-Azərbaycan arasında olan bir çox məsələlər müzakirə edilib.

M.Rıjenkov və M.Əliyev xarici siyasət idarələri vasitəsilə birgə fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti