IMG-LOGO

Miroslav Kloze: Mahir Emreli topla çox yaxşı işləyirdi

23.09.2024 14:19 41 baxış
IMG

O, topla çox yaxşı işləyirdi.

"Report" xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin II Bundesliqa təmsilçisində debütü barədə danışarkən deyib.

Mütəxəssis 27 yaşlı hücumçunun fizikası üzərində işləməli olduğunu bildirib. O, forvardın meydanda olduğu müddətdə yaxşı təsir bağışladığını söyləyib.

Qeyd edək ki, Mahir Emreli VI turda "Herta"ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsində meydana daxil olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti