IMG-LOGO

Türkiyəli nazir: Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edir

23.09.2024 13:15 2 baxış
IMG

Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, uşaq hüquqlarından, qadın haqlarından danışan beynəlxalq təşkilatlar indi buna əməl etmirlər: “Beynəlxalq qurumların qərarları isə icra edilmir”.

Y.Tunç qeyd edib ki, BMT-nin qərarları illərdir icra edilmir: “Ona görə də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan həmişə deyir ki, dünya beşdən böyükdür”.

Nazir həmçinin xatırladıb ki, rəsmi Ankara Yaxın Şərqdəki müharibənin diplomatik yolla həlli üçün səylərini davam etdirir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti