IMG-LOGO

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

23.09.2024 10:13 3 baxış
IMG

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.

"Report" Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə (2808) razılıq əldə edib.

O, blits üzrə komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti