Azərbaycan millisinin kapitanı Teymur Rəcəbov Macarıstanın paytaxı Budapeştə keçirilmiş 45-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Hindistan yığmalarını təbrik edib.
"Report" xəbər verir ki, təcrübəli qrossmeyster bu barədə şəxsi "X" hesabında yazıb.
"Hindistan komandasını təbrik edirik. Hər iki kollektivdə çoxlu dostlarımız və yaxşı insanlar var. Hamınız üçün xoşbəxtik", - deyə T.Rəcəbov bildirib.
Qeyd edək ki, Hindistanın qadınlardan və kişilərdən ibarət komandası turnirin qalibi olub. Azərbaycanın kişilərdən ibarət millisi 8-ci, qadınlardan ibarət yığması isə 15-ci yeri tutub.
Bizim WhatsApp kanalımıza abunə olun