IMG-LOGO

La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib

22.09.2024 23:01 4 baxış
IMG

İspaniya La Liqasının VI turunda "Barselona" səfərdə “Vilyarreal”ı darmadağın (5:1) edib.

“Report” xəbər verir ki, matç “Keramika” stadionunda baş tutub.

Kataloniyalıların heyətində Robert Levandovski və Rafinya dubl ediblər, Pablo Torre bir qolla yadda qalıb. Meydan sahiblərinin təsəlli qolunu Axose Peres vurub.

Beləliklə, kataloniyalılar La Liqanın cari mövsümündə ardıcıl altıncı qələbəsini qazanıb. “Barselona” 18 xalla turnir cədvəlində birincidir. “Vilyarreal” 11 xalla 5-ci pillədə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti