İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.
***
saat 17.34
İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.