IMG-LOGO

Azərbaycan Premyer Liqası: VII turun daha bir oyunu keçirilib

22.09.2024 19:56 4 baxış
IMG

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.“Report” xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda "Səbail" "Sabah"ı qəbul edib. Məhsuldarlığı ilə yadda qalan qarşılaşma "bayquşlar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Tura saat 20:30-da başlayacaq "Sumqayıt" - "Zirə" görüşü ilə yekun vurulacaq. Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti