IMG-LOGO

İranda güclü zəlzələ oldu

22.09.2024 17:34 42 baxış
IMG

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

Lent.az-ın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbər lenti