Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar.
"Report" xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, təmsilçilərimiz daha əvvəl qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələməyi bacarmışdı. Kişilərdən ibarət cütlük - Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.
Bizim WhatsApp kanalımıza abunə olun