IMG-LOGO

İranda kömür mədənində partlayış - Onlarla ölən var-YENİLƏNİB

22.09.2024 13:53 4 baxış
IMG

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edilib ki, 17 nəfər yaralanıb.

***

saat 09.58

İranın Cənubi Xorasan vilayətindəki Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Xəbər lenti