IMG-LOGO

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

22.09.2024 12:15 51 baxış
IMG

Özbəkistan və Türkmənistan Prezidentləri Şavkat Mirziyoyev və Serdar Berdiməhəmmədov arasında telefon danışığı olub, söhbət zamanı iki ölkə arasında münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

“Report”un məlumatına görə, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Vurğulanıb ki, Şavkat Mirziyoyev Türkmənistan Prezidentini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar, qardaş türkmən xalqına sülh və firavanlıq arzulayıb.

Bildirilib ki, söhbət zamanı Özbəkistan-Türkmənistan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə edilib, intensiv siyasi dialoq və məhsuldar idarələrarası təmaslar, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artdığını, enerji və nəqliyyat, regionlararası və mədəni-humanitar mübadilə sahəsində əməkdaşlığın dərinləşməsini qeyd ediblər.

Dövlət başçıları həmçinin regional gündəliyin cari aspektlərini və birgə tədbirlərin qrafikini nəzərdən keçiriblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti