IMG-LOGO

"Real" klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb

22 Sep 2024 11:14 304 baxış
IMG

İspaniyanın "Real" (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb."Report" xəbər verir ki, "Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib. Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti